AMEA Folklor İnstitutu və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə "Folklor və tarix" mövzusunda simpozium keçiriləcək. SİA-nın xəbərinə görə, simpozium noyabrın 18-də AMEA Rəyasət Heyətinin binasında təşkil olunacaq.
Tədbirdə "Folklorda yaşayan tarix", "Folklor tarixi qaynaqlara yardımçı vasitə kimi", "Tarixi şəxsiyyətlər haqqında folklor nümunələrinin yaranma səbəbləri", "Türk və Qafqaz xalqlarının tarixi və folklorunun qarşılıqlı əlaqəsi", "Tarixin folklora təsiri və problemlər" mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Tədbir noyabrın 20-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB