Oktyabrın 28-də Bakıda Azərbaycan Gənclər və İdman Nazirliyinin və Almaniyanın "City Challenge" şirkətinin təşkilatçılığı ilə GT3 və klassik "Formula-1" yarışlarının final mərhələsi keçirilib. Əvvəlcə bütün kateqoriyalar üzrə mühərriklərin qızdırılması və starta hazır vəziyyətə gətirilməsi işləri görülüb, ardınca idman maşınları (GT) sürücülərinin paradı olub.
"Gymkhana city drift" turnirinin final mərhələsində Azadlıq meydanının qarşısından Neftçilər prospektinədək (2,1 kilometr) davam edib. Turnirin qalibi "BMW M5" markalı avtomobilin sürücüsü Rohan Van Rile (Almaniya) olub.
Klassik "Forumla – 1" üzrə Qran-pri yarışlarında idmançılar 2,1 kilometrlik marşrut üzrə 20 dəfə dövrə vurmalı olsalar da, 34 nömrəli bolidin yolun kənarına çırpılaraq sıradan çıxması ilə əlaqədar yürüş vaxtından əvvəl dayandırılıb. Əsas göstəricilərə görə almaniyalı Malay Kanthuat qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB