Prezident İlham Əliyev Beyləqan rayonunda səfərdədir

Prezident İlham Əliyev Beyləqan rayonunda səfərdədir

Dövlət başçısı Beyləqan şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Beyləqan rayonuna səfərə gəlmişdir. SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, dövlət başçısı Beyləqan şəhərinin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderimizin abidəsini ziyarət edib.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev parkında rayon sakinləri, eləcə də qonaqların istirahətinin mənalı təşkili üçün hərtərəfli şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə