Bakıda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Almaniyanın "City Challenge" şirkətinin təşkilatçılığı ilə keçirilən "GT3 və klassik Formula-1" yarışları çərçivəsində oktyabrın 27-də Dənizkənarı Milli Parkda maraqlı bədii şou təqdim olunub.
Bədii şou "mavi ölkə" haqqında nağılın lazer şüaları ilə canlandırılması ilə başlayıb.
Sonra səhnəyə Almaniyadan dəvət olunmuş "GOGO Urban" kollektivi çıxıb. Kollektivin rəqqaslarının azərbaycanlı musiqiçilərin nağara və balabanda səsləndirdikləri musiqi sədaları altında çıxışları gecəyə xüsusi rəngarənglik bəxş edib.
Eyni zamanda, almaniyalı rəqqasların akrobatik hərəkətləri, velosipedlə göstərdikləri maraqlı çıxışlar paytaxt sakinlərində xüsusi maraq yaradıb, bədii şou çərçivəsində təqdim olunan çıxışlar alqışlarla qarşılanıb.
Bədii şou məşhur türkiyəli müğənni Rafət Əl Romanın rəngarəng konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB