Yağış yağacaq

Yaxın iki gün ərzində Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında mülayim şimal-şərq küləyi əsəcək. Oktyabrın 29-da həmçinin havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Azərbaycanın bəzi rayonlarında yağış yağacağı gözlənilir. Yağışlar gündüz tədricən kəsiləcək. Temperatur aran rayonlarda gündüz 20-23, dağlıq rayonlarda isə 13-18 dərəcə isti təşkil edəcək.

Oktyabrın 29-da isə bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə