Ermənilər atəşkəsi pozmaqda davam edir

Ermənilər atəşkəsi pozmaqda davam edir

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun Çinarlı kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun işğal olunmuş Cəvahirli, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili və Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə