Bu günün tarixi, tarixin bu günü

Bu günün tarixi, tarixin bu günü

1449 - özbək astronomu və riyaziyyatçısı Məhəmməd Uluqbəy vəfat edib.

1492 - Xristofor Kolumb Amerika qitəsini Avropa üçün kəşf etmişdir.

1505 - rus çarı III İvan vəfat edib.

1728 - Avstraliya və Yeni Zelandiyanı kəşf edən ingilis dəniz səyyahı Ceyms Kuk anadan olub.

1782 - italyan bəstəkar Nikkolo Paqanini anadan olub.

1806 - Napaleon Bonapartın komandanlığı altında Fransa ordusu Berlini tutmuşdur.

1855 - rus-sovet bioloqu və seleksiyaçı İvan Miçurin anadan olub.

1858 - ABŞ-ın 26-cı prezidenti, 1906-cı il Nobel Sülh Mükafatı laureatı Teodor Ruzvelt anadan olub.

1904 - Nyu-Yorkda ilk metro xətti istifadəyə verilmişdir.

1922 - İtaliyada Benito Mussolini hakimiyyəti ələ almışdır.

1924 - SSRİnin tərkibində Özbəkistan SSR yaradılmışdır.

1924 - Amerika tarixçisi, Yeyl (Yale) Universitetinin tarix üzrə əməkdar professoru Firuz Kazımzadə anadan olub.

1931 - fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi Cəmil Əhmədli anadan olub.

1932 - azərbaycanlı bəstəkar Asəf Zeynallı vəfat edib.

1938 - ilk azərbaycanlı pianoçulardan biri Xədicə Qayıbova vəfat edib.

1939 - Qarşılıqlı yardım haqqındakı müqaviləyə əsasən SSRİ tərəfindən Litvaya verilmiş Litva ordusunun bir qismi Vilnüsə daxil olmuşdur.

1952 - Azərbaycanın Milli Qəhrəmanı Rəfael Əsədov anadan olub.

1958 - Azərbaycanın Milli Qəhrəmanı Elbrus Allahverdiyev anadan olub.

1962 - ABŞ Hərbi Hava Qüvvələrinin mayoru Rudolf Andersonun idarə etdiyi hərbi təyyarə Kuba üzərində SSRİ hava hücumundan müdafiə sistemi tərəfindən vurulmuşdur.

1971 - Konqo Respublikasının adı dəyişdirilərək Zair olmuşdur.

1971 - Azərbaycanın Milli Qəhrəmanı İqor Makeyev, anadan olub.

1978 - Nobel Sülh Mükafatı Misir prezidenti Ənvər Sədat və İsrail prezidenti Menahem Beginə verilmişdir.

1979 - Sent-Vinsent və Qrenadinanın müstəqillik günü.

1981 - Türkiyənin Fənərbaxçalı futbolçusu Volkan Dəmirəl anadan olub.

1982 - Çin rəsmi olaraq əhalisinin sayının 1 milyardı keçdiyini təsdiqləmişdir.

1990 - Əsgər Akayev Qırğızıstan SSRin prezidenti seçilmişdir.

1998 - Gerhard Şröder Almaniyanın federal kansleri seçilmişdir.

1999 - Ermənistan parlamentinə silahlı basqın nəticəsində 8 yüksək rütbəli məmur və baş nazir Vazgen Sərkisyan, spiker və bir neçə deputat qətlə yetirilmişdir.

2005 - 2 müsəlman uşağı qətlə yetirildikdən sonra Parisdə mühacirlər kütləvi iştişaşlar təşkil etmişlər.

2005 - Sloveniyada Mehdi Hüseynzadənin abidəsi açılmışdır.

2008 - Bakıda anadan olmuş bəstəkar Mstislav Rostropoviçin Moskvada qəbirüstü abidəsi qoyulmuşdur.

2008 - Müslüm Maqomayevin nəşi Moskvadan gətirilərək Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

2008 - İsveçrədə ilk metro xətti istifadəyə verilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə