Qusar rayonunda Qurban bayramı kütləvi şəkildə qeyd edilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun müxrəlif yerlərində qurbanlar kəsilib. Müsəlman dünyasının ən əziz günlərindən olan Qurban bayramı hər il Qusar rayonunda böyük təntənə ilə keçirilir, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərmək borc və şərəfdir.
Bu bayram insanları mərhəmətə, ziyarətə, bərabərliyə çağırır. Bu mənada Qusar Rayon icra Hakimiyyətinin xətti ilə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, müharibə veteranlarına, kimsəsizlərə, tənhalara qurban payları verilib. Çıxışlarda Qurban bayramının dövlət miqyasında təntənə ilə keçirilməsi üçün yaratdığı şəraitə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlar ifadə olunub.
Emin Kərimov, Qusar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB