Tədbir noyabrın 12-dən 16-a qədər davam edəcək
12-16 noyabr 2012-ci il tarixlərində IDEA Kampaniyası (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) və UNEP-in (BMT-nin Ətraf Mühit üzrə Proqramı) birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq beynəlxalq "Yaşıl həftə" layihəsinə start veriləcək.
İDEA-nın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə yerli qonaqlarla yanaşı xarici ölkələrdən dəvət olunmuş bir sıra beynəlxalq təşkilatlar, habelə dövlət və qeyri-dövlət təşkilatı nümayəndələri, gənc liderlərin iştirakı nəzərdə tutulub.
Tədbirin birinci günü beynəlxalq gənclər forumu təşkil olunacaq. Forumda əsasən 2012-ci ilin iyun ayında keçirilmiş RIO+20 sammitinin yekunu ilə bağlı müzakirələr aparılacaq.
Tədbirin ikinci günü UNEP tərəfindən 50-dən çox xarici nümayəndənin iştirakı ilə nəinki Azərbaycanda hətta region olaraq Qafqazda ilk dəfə Avropanın böyük ekoloji qruplarının və səhmdarlarının görüşünün keçirilməsi planlaşdırılıb.
14 noyabr 2012-ci il tarixində Azərbaycan Diplomatiya Akademiyasının yaşıl kampusunda ölkəmizdə ilk dəfə olaraq "Ətraf mühit diplomatiyası" adlı təlim proqram təşkil olunacaq. Açıq mühazirə formatında keçiriləcək təlim proqramında 300-dən çox gəncin iştirakı gözlənilir.
"Yaşıl həftə"nin dördüncü günündə dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndəliklərinin iştirakı ilə yaşıl iqtisadiyyat mövzusu üzrə dəyirmi masa baş tutacaq. Layihə UNEP-in Ətraf mühit və səhiyyə nazirlikləri nümayəndələrinin görüşü ilə yekunlaşacaq.
Xatırladaq ki, UNEP-in təşkilatçılığı ilə Yaşıl Həftə Qafqazda ilk dəfə olaraq Azərbaycanda keçiriləcək.
Tədbirin təşkilat komitəsi tərəfindən görülən hazırlıq işləri ilə ictimaiyyəti məlumatlandırmaq üçün IDEA Kampaniyasının və "Yaşıl Həftə"nin twitter səhifələri (@IDEAcampaign və @GreenWeekBaku) mütəmadi olaraq məlumatlarla yenilənəcək.
Qeyd edək ki, 12 İyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən başladılmış IDEA Kampaniyası çoxsaylı yerli və beynəlxalq layihələrə imza atır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB