1880 - Məşhur tarzən, xalq artisti Qurban Pirimov (1880-1965) Şuşa qəzasının Abdal-Gülablı kəndində anadan olub.
1917 - Bakıda "Müsavat" partiyasının I qurultayı (26-31 oktyabr) işə başlayıb.
1926 - Məşhur neftçi Qurban Abbasov ("Neftçi Qurban", 1926-1992) anadan olub.
1999 - ABŞ dövlət katibinin müavini Stroub Telbott Qarabağ danışıqlarındakı vəziyyəti müzakirə etmək üçün Yerevana, oradan Bakıya gəlib. Həmin dövr sülh danışıqlarının intensiv mərhələsi idi və noyabrda ATƏT-in İstanbul sammitində müəyyən razılaşmanın imzalanajağı gözlənilirdi. Bu arada Azərbayjanda xariji siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadə, XİN başçısı Tofiq Zülfüqarov, prezidentin köməkçisi Eldar Namazov istefa vermişdilər və gözlənilən sülh anlaşması ilə bağlı ijtimai rəydə geniş ajiotac vardı. Lakin oktyabrın 27-də Ermənistanda baş verən parlament terroru (spiker və baş nazirin qətlə yetirilməsi) sülh imkanlarını tamamilə heçə endirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB