Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə Dəmiryolçular Qurban bayramında da silsilə tədbirlər həyata keçirirlər. "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nın mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, belə tədbirlərdən biri də Bilgəh və Mərdəkan qəsəbələrində təşkil edilib.
Onun sözlərinə görə, Milli-mənəvi dəyərlərimizin qounması, yaşadılması, bu dəyərlərə arxalanaraq ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesinin sürətləndirilməsi istiqamətində dahi şəxsiyyət, liderimiz Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin uğurla həyata keçirilməsində ölkə başçısı İlham Əliyev böyük işlər görür: "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nın Dəmir yollarının və texniki qurğularının təmir-tikinti deportamentinin kollektivi, Qurban bayramında Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 saylı şəhər vərəm sanatoriyasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə pansionatı, 3 nömrəli İnternat məktəbi və Müharibə və Əmək Əlilləri üçün pansionatında olub, burada məskunlaşan mərhəmətə, qayğıya ehtiyyacı olanlara nahar yeməyi, çeşidli meyvələr, dadlı şirələr, bayram hədiyyələri gətiriblər".
N.Əzmməmədov bildirib ki, belə xeyirxah əməllər ulu Tanrıya sevgi və sədaqətin əyani nümunəsidir: "Hər halda kasıba, imkansıza əl tutanlar, onların qayğılarına şərik olanlar dünyada müqəddəslik deyilən əbədi inanca ləyaqətlə xidmət edənlərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB