Bu gün Şirvanda 3 min ailəyə qurban payı verilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hər il olduğu kimi bu ildə ənənəyə uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3 min nəfərdən ibarət az təminatlı ailələrə Qurban Bayramı münasibəti ilə sovqatlar paylanılıb. Şəhərin müxtəlif yerlərində 10 baş iribuynuzlu mal və 110 baş xırdabuynuzlu qurbanlıqlar kəsilib. 233 nəfər şəhid ailəsinə, Qarabağ əlillərinə və veteranlarına, 46 nəfər Böyük Vətən Müharibəsinin iştirakçısına və veteranına, 95 nəfər Çernobıl müharibəsi veteranına, 96 nəfər gözdən əlillərə, 200 nəfər isə imkansız ailəyə həm qurban, həm də gündəlik istifadə edilən ərzaq məhsullarından hazırlanan bayram sovqatı verilib.
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov qayğıya ehtiyacı olan insanlarla görüşə gələrək onlara ölkə Prezidenti İlham Əliyevin adından bayram təbriklərini çatdıraraq xoş arzularını bildirib. Şəhər rəhbəri Dövlət Başçısının tapşırığıyla hər zaman onlara diqqət göstərilməsinin praritet vəzifə kimi qarşıya qoyulmasını vurğulayaraq bundan sonrada bu cür bayram günlərində lazımı tədbirlər görüləcəyini qeyd edib. Şəhid ailələri, veteranlar, Qarabağ Əlilləri daim onlara göstərilən diqqətə görə, Ölkə Prezidenti İlham Əliyevə minnətdalıqlarını bildirərək Müqəddəs Qurban Bayramı günündə dövlətimizə, millətimizə daha da yüksək zirvələrə ucalması üçün Ulu Tanrıya dualar ediblər.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB