Gəncədə 4 mindən artıq şəxsə qurban payı verilib

Gəncədə 4 mindən artıq şəxsə qurban payı verilib

Respublikanın hər yerində olduğu kimi Qurban bayramı Gəncə şəhərində də xüsusi coşqu ilə qeyd olunub. SİA-nın bölgə müxbirinin məlumatına görə, sabah saatlarından etibarən şəhərin 10 dan artıq məntəqəsində Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, müharibə veteranları və imkansız şəxslərə qurban payları verilib.

Ötən illərdən fərqli olaraq bu ilki Qurban bayramı təqkilatçılıq baxımından bəzi müsbət keyfiyyətləri ilə yadda qalıb. Gəncənin İmamzadə kompleksində Qurban bayramı qeyd olunub. Şəhər İcra Hakimiyyəti tərəfindən qurbanlıq üçün kəsilən heyvanlar aztəminatlı ailələrə çatdırılıb. Rəsmi statistikaya görə, təkcə gün ərzində 5 mindən artıq qurban payı verilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə