Dünyada Qurban bayramını ilk qeyd edən ölkələrdən olan Avstraliyada bayram namazı qılınıb. Məlumata görə, bu ölkədə yerli vaxtla saat 07.10-da (Bakı vaxtıyla 01.10) bayram namazını qılan möminlər məscidlərin qarşısında birbirlərinin bayramını təbrik ediblər.
Qeyd edək ki, bəzi ölkələr Qurban bayramını bu gün qeyd etsələr də başda Səudiyyə Ərəbistanı olmaqla bir çox ölkələr bayramı sabah qarşılayacaqlar. Azərbaycanda da Qurban bayramı sabah qeyd ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB