Bakıda hava küləkli olacaq

Axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 20-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: Oktyabrın 25-də Respublikanın əksər bölgələrində arabir yağış yağacaq, havanın temperaturu oktyabr ayının iqlim norması daxilində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə