Dövlət başçısı İlham Əliyev Haynts Fişerə təbrik məktubu ünvanlayıb
Azərbaycan prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerə təbrik məktubu ünvanlayıb. Prezidentin rəsmi saytına istinadən verilən məlumata görə, təbrik məktubunda deyilir: "Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Avstriya dostluğu və əməkdaşlığının hərtərəfli inkişafı və möhkəmlənməsi daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB