Bu gün Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədovun rəhbərlik etdiyii bir qrup partiya üzvü ilə Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən "Qocalar evi"ndə yaşayan ahıl insanların görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP icra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, "Qocalar evi"nin direktoru Bəhruz Əlmədətov və başqa qonaqlar iştirak ediblər.
İcra katibi Əli Əhmədov "Qocalar evi"nin sakinlərini salamlayaraq onları Qurban Bayramı münasibəti ilə təbrik edib. Sonra qocalarla söhbətləşib, hər birinin problemləri ilə maraqlanıb, müvafiq şəxslərə öz tapşırıqlarını verib. Əli Əhmədov qocalar üçün tikilən yeni korpusdan söz açaraq bildirib ki, həmin korpus həm rahatlıq, həm də otaqların sayı baxımından daha əlverişli olacaq.
Qocalar Əli Əhmədovla görüşdən məmnun qaldıqlarını dilə gətiriblər. Sonda isə "Qocalar evi"ndə yaşayan əlil qızın çoxdankı arzusu yerinə yetirilib, ona paltaryuyan hədiyyə edilib.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB