Bakıda beynəlxalq forum keçiriləcək

Bakıda beynəlxalq forum keçiriləcək

28-30 oktyabr 2012-ci il tarixlərində, Bakıda "Sərhədsiz gənclər əməkdaşlığı" adlı beynəlxalq forum keçiriləcək. Forumun təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğudur. Forumun keçirilməsinin əsas məqsədi Avropa Komissiyasının "Gənclər fəaliyyətdə" proqramı və tərəfdaş ölkələr arasında qeyri-formal təhsil sahəsi üzrə beynəlxalq gənclər əməkdaşlığının tanınmasının inkişaf etdirilməsidir. 100-dən çox yerli, Avropa və dünya ölkələrindən olan iştirakçının qatılacağı forum ingilis dilində keçiriləcək. Forum barədə daha ətraflıməlumatı aşağıdakı linklərdən əldə edə bilərsiniz:

http://youthfoundation.az/forum-youth-cooperation-beyond-borders/

http://www.salto-youth.net/about/events/forum-ycbb/

Forum öncəsi hazırlıq proseslərində iştirak məqsədilə Azərbaycan Gənclər Fondunun əməkdaşları Polşanın Varşava şəhərində səfərdə olub, SALTO Şərqi Avropa və Qafqaz Resurs Mərkəzinin Polşadakı rəsmisi Andriy Pavloviç və digər əməkdaşları ilə görüşüb, forumun təşkilati məsələlərini müzakirə ediblər. Avstriya, Belçika, Bolqarıstan, Danimarka, Almaniya, Kipr, Macarıstan, Polşa, İtaliya, İspaniya, Sloveniya, Türkiyə, İngiltərə, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Misir, Morokko, İordaniya, Tunis, Albaniya, Makedoniya, Serbiya, Estoniya, Norveç, Lüksemburq, İsveç, Fransa kimi ölkələrin gənclər təşkilatlarının, milli agentliklərinin nümayəndələrinin iştirak edəcəyi forum 3 paneldən ibarət olacaq. Panellərin mövzuları "Gənclər Fəaliyyətdə" Proqramı və tərəfdaş ölkələr arasında əməkdaşlıq, "Gənclər Fəaliyyətdə" proqramının mənim regionuma təsiri və reallıqlar, gələcək perspektivlərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com