Azərbaycan Universitetində "İRƏLİ" İctimai Birliyi və "World Vision" Beynəlxalq təşkilatın birgə layihəsi çərçivəsində çəkilmiş "Ailəm olsa" sənədli filmi təqdim olunub. SİA-nın xəbərinə görə, nümayişdə ali məktəblərin sosial iş fakültələrində təhsil alan tələbələr, müəllimlər və universitet rəhbərliyi iştirak edib.
Təqdimat mərasimində çıxış edən Bakı Dövlət Universitetinin müəllimi Tünzalə Verdiyeva film haqqında qonaqlara məlumat verərək bildirib ki, ekran əsərinin qəhrəmanı uşaq evinə qoyulub və daha sonra sosial işçilərin təşəbbüsü ilə ailəsinə qaytarılmış görmə
qabiliyyətini itirən Məhəmməd İmaməliyevdir. Sənədli filmin qəhrəmanlarından olan sosial işçi, "UAFA" təşkilatının mütəxəssisi
Züleyxa Nəcəfova Azərbaycanda sosial iş və bu sahədə mövcud problemlərdən söz açaraq qeyd edib ki, təmsil etdiyi təşkilat Azərbaycanda De-institutlaşma prosesinin həyata keçirilməsinə mühüm töhvələr verib: "Biz Azərbaycanda Qeyt-kipinq, yəni uşaqların
müəssisələrə qəbulunun qarşısını alan və müəssisələrdən çıxışını təmin edən mexanizmi həyata keçiririk. Qeyt-kipinq sistemi uşaqların ailədə yaşamasını təmin edən filtr rolunu oynayır".
Təqdimatda çıxış edən Azərbaycan Universitetinin Humanitar Fənnlər Fakültəsinin dekanı Mahir Talışlı da filmin məsləhətçilərinə və bu işdə əməyi keçən şəxslərə, xüsusilə "İRƏLİ" İctimai Birliyi və "World Vision" təşkilatına təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB