Xədicə İsmayılovanın "Səs" qəzetinə qarşı qaldırdığı iddia təmin edilmədişikayəti qəbul edilmədi
Yenə ədalət qalib gəldi

Bu gün Səbail rayon Məhkəməsində "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın "Səs" qəzeti redaksiyasına qarşı şərəfin, ləyaqətin, işğüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsinə dair işə baxılıb. SİA-nın xəbərinə görə, Səbail rayon Məhkəməsində Rauf Əhmədovun sədrliyi və Orxan Qurbanovun katibliyi ilə baş tutan iclasda iddiaçı Xədicə İsmayılovanın nümayəndəsi Namazlı Fariz və cavabdeh "Səs" qəzeti redaksiyanın nümayəndəsi Əliyev İlham iştirak edib.

Məhkəmə Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, İsmayılova Xədicə Rövşən qızının "Səs" qəzeti redaksiyasına qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməməsinə qarşı dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edib. Qeyd olunub ki, qətnamədən bir ay müddətində Səbail rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə