“Formula 1”də yarışacaq avtomobillər artıq Bakıdadır

“Formula 1”də yarışacaq avtomobillər artıq Bakıdadır

Sabahdan paytaxtın mərkəzi küçələrində nəqliyyatın hərəkətinə qadağa qoyulacaq

Bakıda keçiriləcək GT-3 kateqoriyalı "Formula 1" şou-proqramı - avtomobil yarışının hərəkət marşrutu üzrə kəsişən küçə və yollarda avtomobillərin hərəkəti sabahdan məhdudlaşdırılacaq.

Təhlükəsizliyin təmin edilməsi üçün oktyabrın 29-na qədər paytaxtın yürüş zolağı kimi nəzərdə tutulmuş küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib: "Azadlıq meydanı, Zorge, Puşkin, Azadlıq və Neftçilər prospektləri istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdirilir. Alternativ yollardan istifadə etməsinlər".

Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçiriləcək şouda yarışacaq avtomobillər artıq Bakıdadır. Yarışın dünyanın 32 ölkəsində 65 televiziya kanalı vasitəsi ilə birbaşa yayımlanması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə