Samuxda kənd yollarının abadlaşdarılması istiqamətində dövlət başçısı İdlham Əliyevin müvafiq sərəncamının icrasına başlanılıb. Uzun illər yararsız vəziyyətdə olan rayon mərkəzi ilə kəndləri birləşdirən avtomobil yollarında geniş abadlıq quruculuq işlərinə başlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən ilkin mərhələdə Gəncə şəhəri ilə Samux rayonun 6 kəndini birləşdirən Samux- Qədili yolu əsaslı təmir edilib, 12,5 km-lik yola asvalt örtüyü döşənib, hərəkət boyunca işıqlandırma sistemi qurulub.
Bundan əlavə hazırda Samuxda bir sıra infrastruktur layihələrin icrasına start verilib, həmçinin park və xiyabanların əsaslı təmirinə başlanılıb. Bölgənin ən iri istirahət güşələrindən olan Heydər Əliyev Parkı müasir görkəmə salanır. Rayon İcra Hakimiyyəti Aparatı tərəfindən həyata keçirilən tədbirlərin əsas hissəsi artıq başa çatıb. Həmçinin parkda yeni Heydər Əliyev Mərkəzinin tikintisi də nəzərdə tutulur.
Ümumilikdə 6 ay ərzində rayonda əlavə istirahət guşələri salınır, müxtəlif acac və dekorativ gül kolları əkilir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB