Azərbaycan diasporu Dünya Enerji Forumunda

Azərbaycan diasporu Dünya Enerji Forumunda

Dubayda Dünya Enerji Forumu öz iṣinə baṣlayıb. SİA-nın xəbərinə görə, forum Birləşmiş Ərəb Əmirliyinin vitse-prezidenti, Dubayın əmiri Şeyx Məhəmməd bin Raşid Əl-Məktumun sədrliyi, dünyanın 15-dən artıq ölkəsinin prezidentlərinin və rəhbərlərinin, 30-dan artıq ölkənin baṣ nazirlərinin və digər yüksək dövlət rəsmilərinin iṣtirakı ilə keçirilir. Bu forum ilk dəfədir ki, BMT Nyu-Yorkdakı baṣ qərərgahında deyil, digər ölkədə baş tutur. BƏƏ "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov da Dubay hökumətinin rəsmi dəvəti ilə açılış mərasimində iştirak edib.

Forumu giriş sözü ilə Dubay şeyxinin müavini, şeyxin oğlu Məktum bin Məhəmməd bin Rəṣid Əl-Məktum açıb. Sonra BMT baṣ katibi Ban Ki-munun foruma ezam etdiyi rəsmi nümayəndəsi, baş katibin müavini Wu Hongbo Ban Ki-munun Foruma müraciətini tədbir iṣtirakçılarına çatdırıb. Gürcüstan prezidenti Mixail Saakaşvilinin, Albaniya, Cibuti, Madaqaskarın prezidentləri və digər dövlət baṣçılarının çıxışları olub. Mixail Saakaṣvili öz çıxıṣında Baki-Tiflis-Ceyhan neft kəmərinin və Bakı -Tiflis-Ərzurum qaz kəmərinin dünya enerjisiṣinə verdiyi xüsusi rolunu qeyd edib. MDB respublikalarından eyni zamanda, Tacikistanın baş naziri, Özbəkistanın və Türkmənistanın baṣ nazirlərinin müavinləri də çıxıṣ ediblər. Digər dövlət rəhbərlərinin də çıxıṣlarında qeyd edilib ki, bu gün dünyada 2 milyarda yaxın insan iṣıqsız yaṣayır, enerji əldə etmək üçün yanacaq və suya alternativ yollardan və mümkün olan bütün vasitələrdən istifadə edərək problemin həlli yollari axtarılmalıdır.

"Azərbaycan" cəmiyyətinin sədri Samir İmanov tədbirdə iṣtirak edən dünyanın müxtəlif ölkələrinin böyük neft-qaz və energetika ṣirkətlərinin məsul əməkdaṣları ilə söhbətlərində bildirib ki, bu gün Azərbaycanda hər bir ailə iṣıqla təmin edilib. Azərbaycan dünyanın ən qədim neft istehsal edən ölkəsidir. O bildirib ki, Marko Polo kimi tanınmıṣ tarixçi və səyyah da öz əsərlərində qeyd edib ki, Azərbaycan qədim zamanlardan neft və qaz ölkəsi olub. Samir İmanov vurğulayıb ki, Azərbaycanda, Bakının ətrafında 1846-cı ildə ilk dəfə dünyada Bibiheybət neft quyusu qazılıb.

Forumun sonunda Dubayən əmiri Şeyx Məhəmməd bin Raṣid Əl-Məktumun adından Forum iṣtirakçılarına ziyafət verilib. Forum öz iṣini oktyabrın 24-ə qədər davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə