Çində Azərbaycan mədəniyyətini və lobbisini təbliğ etməkdə davam edən ASAIF növbəti üğurunu British School məktəbində həyata keçirib. Təşkilatdan SİA-ya verilən xəbərə görə, ASAIF həmin məktəbdə keçirilən mədəniyyət günündə gələcəyin potensial ASAIF-çiləri ilə birgə tədbir təşkil edib.
Tədbirdə iştirak edən məktəbli dostlara Azərbaycan mədəniyyəti, milli geyimlər haqqında ətraflı məlumat verilib. Mədəniyyət günü mərasimində 30-dan artıq ölkə iştirak edib. Açılış mərasimində Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyin nümayəndəsi Bayram Həsənov iştirak edərək Çinin Tsinqhua Uiversitetində Azərbaycan dili fakultəsi açılması barədə fikir söyləyib. Mədəniyyət günü çərçivəsində ASAIF-in (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu ) Çin komandası Azərbaycana aid bir neçə stendlə çıxış ediblər.
Gənc ASAIF-çilərin təşkil etdiyi tədbirin əsas məqsədi Azərbyacanın mədəniyyətini, tarixini, incəsənətini təmsil etmək, bununla yanaşı Azərbaycanın Qarabağ, Xocalı həqiqətlərini həm çinlilərə, həm də Çində yaşayan xarici vətəndaşlara çatdırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB