Ekoloji layihəyə start verildi

"Uğurlu Gələcək" İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi "Gənclərin ekoloji təfəkkürünün inkişafı" layihəsi çərçivəsində Mingəçevir şəhərində növbəti təlim proqramına başlayıb. SİA-nın xəbərinə görə, əsas məqsədi gənclərin ekoloji təfəkkürünün inkişaf etdirilməsi və ətraf mühitlə bağlı təşəbbüskarlığın artırılmasına dəstək olan təlimlərə müxtəlif ali və orta təhsil ocaqlarının tələbələri, şəhərin fəal gəncləri və QHT nümayəndələri cəlb olunub. Silsilə olaraq davam edəcək təlim proqramı ilə yanaşı gənclərin ekoloji tədbirlərinin keçirilməsinə və digər praktik fəaliyyətlərə dəstək veriləcək.

Qeyd edək ki, təlimlər Liverpul Universitetinin məzunu, ətraf mühitin idarə edilməsi üzrə mütəxəssis Ramiz Babayev tərəfindən keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə