Qənirə Paşayeva serbiyalı həmkarı ilə görüşüb

Qənirə Paşayeva serbiyalı həmkarı ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Serbiya Parlamentinin üzvü və Sancak Demokratik Eylem Partiyasının başkan yardımçısı Enis İmamoviçlə görüşüb. Görüş zamanı Serbiya Parlamentinin üzvü və Sancak Demokratik Eylem Partiyasının başkan yardımçısı Enis İmamoviç Azərbaycanla əməkdaşlığın və əlaqələrin inkişafında çox maraqlı olduqlarını deyiblər. Serbiya Parlamentinin üzvü və Sancak Demokratik Eylem Partiyasının başkan yardımçısı Enis İmamoviç Azərbaycanı özləri üçün dost, qardaş ölkə saydıqlarını deyib. O həm də Serbiyada yaşayan bosnak, onların indiki vəziyyəti ilə bağlı millət vəkili Qənirə Paşayevaya ətraflı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva onu Azərbaycana səfərə dəvət edib.

Serbiya Parlamentinin üzvü və Sancak Demokratik Eylem Partiyasının başkan yardımçısı Enis İmamoviç dəvət üçün təşəkkür edib və Azərbaycana səfər etməkdən böyük məmnuniyyət duyacağını deyib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət barədə danışıb və fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə