Ombudsman tövsiyələrini verdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati qaydada həbs olunanların saxlanılma məntəqəsinə başçəkmə həyata keçiriblər. SİA-nın xəbərinə görə, qrupun üzvləri 20 oktyabr tarixdə keçirilən aksiya zamanı inzibati qaydada müxtəlif müddətlərə həbs olunmuş 13 şəxslə görüşüblər. Görüş zamanı onların hər biri təklikdə qəbul edilmiş, hüquqları izah olunub.

Söhbət aparılmış şəxslər bu müəssisədə saxlanma şəraiti və burada onlara qarşı rəftardan şikayət etməyiblər. Həmin şəxslərdən bəziləri ilkin saxlanma zamanı kobudluğa məruz qaldıqlarını bildiriblər. Habelə məlum olub ki, saxlanılan şəxslər hüquqlarını müdafiə edən vəkillə görüşüblər. Saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə