Qadın jurnalistlərə xüsusi bayram hədiyyəsi

Qadın jurnalistlərə xüsusi bayram hədiyyəsi

Azərbaycan mətbuatında çalışan qadın jurnalistlərə bayram hədiyyəsi nəzərdə tutulub. Belə ki, Xətai klinikasi ilə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA) Qurban Bayramı münasibəti ilə pulsuz müayinə təşkil edir. Bu barədə SİA-ya AJQA-nın sədri Sevil Yusifova məlumat verib. O bildirib ki, müayinə bir gun - 24 oktyabr saat 09:00-dan saat 18:00-dək davam edəcək.

İştirak etmək istəyənlər [email protected] ünvanına öz ad, soyad, iş yeri, vəzifəsini yazıb yollaya bilərlər. Əsasən uzi müayinəsi zamanı döş və daxili üzvlərin müayinəsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə