“Alfa Ekstrim-İsmayıllı” düşərgəsi yekunlaşıb

“Alfa Ekstrim-İsmayıllı” düşərgəsi yekunlaşıb

"Qan Donorları Assosiasiyası" İctimai Birliyi və "İRƏLİ" İdman Mərkəzinin birgə təşkilatçılığı və İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyi ilə 18-21 oktyabr tarixləri arasında İsmayıllı rayonunun Buynuz kəndində gənclər üçün keçirilən "Alfa Ekstrim–İsmayıllı" Düşərgəsi yekunlaşıb. SİA-nın xəbərinə görə, layihədə gənc donorlar və donorluğa marağı olan 14-29 yaş arası gənclər iştirak edib.

Düşərgə müddətində iştirakçılara İlk tibbi yardım, Donorluq, Şəbəkələşmə, Start-up layihələr, Layihələrin idarə olunması mövzularında və eyni zamanda ekstremal hava idman növləri haqqında xüsusi təlimlər keçirilib. Layihə iştirakçıları İsmayıllı rayonunun tarixi yerlərinə ekskursiya edib və Heydər Əliyev Mərkəzində olublar."Alfa Ekstrim-İsmayıllı" Düşərgəsi yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə