Üçünğü mərhələyə start verilib

Üçünğü mərhələyə start verilib

Məlum olduğu kimi ölkə prezidentinin sərəncamı Gəncənin ən qədim tarixi abidələrindən və ölkənin mühüm ziyarətgahlarından olan İmamzadə kompleksinin yenidən qurulmasına başlanılıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, artıq tikinti işlərinin 3-cü mərhələsinə start verilib. Burada ilk iki mərhələdə ollduğu kimi qədim ornament və materiallardan istifadə olunmaqla oxşar daha bir bina tikiləcək. Binanın uzunluğu 28 metr nəzərdə tutulub. Ayrıca kompleksdə yeni məscidin inşası da aparılır.

Layihəyə uyğun olaraq hazırda ərazidə zəvvarların gecələməsi üçün müasir standartlara cavab verən otel kompleksi də inşa olunur. Eyni zamanda dəstəmaz otaqları və fəvvaralərin salınması da gündəmdədir.

Bildirək ki, 7-ci əsirin abidəsi olan İmamzadə kompleksinə hər il minlərlə insan ziyarətə gəlir. Yenidənqurma işləri binanın qədimliyi nəzərə alınmaqla həyata keçirilir. İşlərin gələn ilin may ayının sonlarında təhvil verilməsi nəzərdə tutulub.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə