Seçkilər təxirə salındı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) boş qalan yerlərinə seçkilərin nə zaman keçiriləcəyi hələlik məlum deyil. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti Mahmud Kərimov deyib. O bildirib ki, akademiyaya müxbir və həqiqi üzv yerlərinə keçiriləcək seçkilər qeyri-müəyyən müddətədək təxirə salınıb.

"Akademiyada seçkilərlə bağlı işlər hələlik dayandırılıb. Qərar verilsə, seçkilərə hazırlıq prosedurasına bir günün içərisində başlaya bilərik. Akademiyaya seçkilər müvafiq qurumlarla razılaşdırılmalıdır, çünki seçkilər çox mühüm hadisədir və onu kortəbii keçirmək olmaz. AMEA-nın Rəyasət Heyəti (RH) hazırda qeyri-legitim fəaliyyət göstərir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə