Funikulyor yenidən istifadəyə verildi

Funikulyor yenidən istifadəyə verildi

Artıq bir həftədir ki, fəaliyyətini fasilələrlə dayandıran Bakı Funikulyoru dünən günün ikinci yarısından sonra yenidən paytaxt sakinlərinin istifadəsinə verilib. 9 aylıq əsaslı təmirdən sonra tam yenilənmiş şəkildə istifadəyə verilən Bakı Funikulyorunun fəaliyyətində növbəti dəfə durğunluq yaşanıb.

Bakı Funikulyorunun direktoru Tofiq İsmayılov texniki problemlərin yaşanması məlumatını təkzib edib və bildirib ki, yalnız həftənin birinci günləri burada profilaktik qabaqlayıcı tədbirlər görülür. Təhlükəsizlik məqsədi ilə vaqonlar, eləcə də onların relsləri texniki baxışdan keçirilir. Bu prosessin özü də müəyyən cədvəl-qrafikdə həyata keçirilir. O ki qaldı Funikulyorun fəaliyyətinin dayandırılmasına, dövlət tədbirləri ilə əlaqədar göstəriş verilib və buna görə fasilələrlə bağlanıb: "5 aydır ki, funikulyor fəaliyyət göstərir. Bu müddətdə heç bir problem olmadan işləyib, bu gün axşam saat 18-00-dan istifadəyə veriləcək".

T.İsmayılov bu nəqliyyat vasitəsi ilə gəzintiyə çıxmaq istəyənlərin hələ bir müddət də gediş haqqı ödəməli olmayacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə