Tələbələr üçün liderlik təlimi keçirildi

Tələbələr üçün liderlik təlimi keçirildi

Azərbaycan Tələbələr Birliyi (ATB) Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Tələbələr liderlik yolunda" layihəsi çərçivəsində fəaliyyətlərinə davam edir. SİA-nın xəbərinə görə, qeyd edilən layihənin əsas məqsədi günümüzün tələbələri arasında gələcəyin liderlərinin yetişdirilməsinə kömək etməkdir. Bu məqsədlə layihə çərçivəsində Mingəçevir, Ağcabədi, Lənkəran şəhərlərində yerləşən təhsil müəssisələrində tələbələr üçün müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılıb.

Layihə çərçivəsində növbəti tədbir Mingəçevir Turizm Kollecində təşkil edilib. ATB-nin baş katibi Fəxrəddin Həsənzadə tərəfindən keçirilən təlimdə ilk öncəliklə layihə və Birliyin fəaliyyəti barədə ətraflı məlumat verilib. Daha sonra liderlik, natiqlik qabiliyyəti, idarəetmə və s. Ilə bağlı məlumat verən Fəxrəddin Həsənzadə tələbələrin suallarını da cavablandırıb. Təlim qarşılıqlı müzakirələr əsasında davam edib. Sonda tələbələr bu cür tədbirləri öz təhsil aldıqları təhsil müəssisələrində daha tez-tez görmək istədikləri vurğulayıblar. Layihə çərçivəsində növbəti təlimin Ağcabədidə yerləşən orta –ixtisas təhsil müəssisələrində edilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə