Müxalifətin aksiyası baş tutmadı

Müxalifətin aksiyası baş tutmadı

Bu gün bir sıra müxalifətyönümlü gənclər təşkilatları Fəvvarələr Meydanında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Qeyd edək ki, razılaşdırılmamış aksiyanın qarşısı tamamilə alınıb. Flaş-mob şəklində keçirilmiş aksiyada təqribən 100-ə qədər gənc iştirak edib. Aksiya zamanı AXCP və Müsavat Partiyasının gənclər təşkilatının fəalları saxlanılıb.

Onların arasında AXCP sədrinin müavinləri Gözəl Bayramlı, Asəf Quliyev, İsa Qəmbərin oğlu Turqut Qəmbərin olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə