Gəncənin qəsəbələrində infrastrukturun yenidən işlənməsinə başlanılıb. 1980-ci illərin sonları və 1990-cı illərin əvvəllərində salınan qəsəbələr uzun illərdən sonra yeni simaya salınır. SİA-nın bölgə müxbirinin məlumatına görə, işlərə ən iri qəsəbələrdən olan Məhsəti qəsəbəsindən başlanılıb. İlkin mərhələdə yaşayış massivinə 5 km-lik yeni asfalt örtüyü çəkiləcək.
Bundan əlavə Məhsəti qəsəbəsində qaz xəttlərinin yeraltına salınmasına da başlanılıb. Daha çox ətraf rayonların sakinlərinin yaşadığı ərazidə vətəndaşlar tərəfindən qaz xəttləri standartlardan uzaq kortəbii şəkildə çəkilib. Bu gün isə mütəxəssislərin iştirakı ilə xəttlər daha müasir üslubda yenidən çəkilir. Ayrıca qəsəbədə yeni elektrik dirəklər quraşdırılıb, səki daşları qoyulub. Yaxın müddətdə isə Məhsəti qəsəbəsi içməli su ilə də təmin olunacaq.
Məlumat üçün bildirək ki, hazırda qəsəbədə 10 mindən artıq şəxs yaşayır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB