Bu gün 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"na uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində (neft-qaz, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, informasiya texnologiyaları, bank-maliyyə, turizm və s.) fəaliyyət göstərən 50-yə yaxın nüfuzlu yerli və xarici şirkətlərin nümayəndələrinin iştirak edir. Yerli və xarici şirkətlər tərəfindən 500-dən çox vakansiya yarmarkaya çıxarılıb.
Yarmarkada iştirakçı şirkətlər tərəfindən gənclərə müvafiq vakansiyalar barədə ətraflı məlumat verilib. Maraq göstərən məzunların müraciətləri qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB