Qənirə Paşayeva 3-cü millət vəkili seçildi

Qənirə Paşayeva 3-cü millət vəkili seçildi

Millət vəkili Qənirə Paşayeva bir neçə gündür Türkiyədə rəsmi səfərdədir. SİA-nın xəbərinə görə, ötən gün xanım millət vəkili Türkiyənin Karabük bölgəsində keçirilən tədbirdə iştirak edib.

Tədbir zamanı Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, millət vəkili, AK Partinin sədr müavini Mehmet Əli Şahin Qənirə Paşayevanı Türkiyə Parlamentinin fəxri millət vəkili olaraq gördüyünü bildirib: "Karabükün iki millət vəkili var, biri mən, digəri isə Osman Kahveci, biz sizi bundan sonra üçüncü millət vəkilimiz elan edirik" .

Azərbaycanın son illərdəki sürətli inkişafından Türkiyənin son dərəcə məmnun olduğunu bildirən Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, millət vəkili, AK Partinin sədr müavini Mehmet Ali Şahin çıxışında Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması,1 milyon Azərbaycan türkünün evinə dönməsinə imkan verməməsi məsələsinə xüsusi yer ayırıb və Türkiyənin bundan sonra da qardaş Azərbaycanın haqlı mövqeyini bütün platformalarda dəstəkləyəcəklərini xüsusi vurğulayıb.

Bu gün Türkiyədə, Karabükdə belə bir gözəl toplantıda iştirak etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva isə çıxışı zamanı Türk dünyasının qədim yurd yerlərindən olan Karabüklə Azərbaycanın qədim və gözəl bölgələrindən birinin qardaşlaşmış şəhərlər olmasının vacibliyi və önəmini də xüsusi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə