Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin zəhərlənməsi üzrə açılmış cinayət işində şok məlumatlar ortaya çıxıb. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, istintaq qrupu mərhum eks-prezidentin qəbrinin açılması ilə bağlı hazırlıq işləri aparır.
"Cinayət işi ilə bağlı dindirilənlərin ifadələrinin yekun nəticəsi olaraq mərhum Elçibəyin qəbrinin açılması ilə bağlı iklin müzakirələr aparılıb", - deyə mənbə bildirib.
Eks-prezidentin qardaşı Almurad Əliyevin də ötən həftə Respublika Prokurorluğuna çağırılması da təsadüfi olmayıb. Müstəntiqlər bu məsələdə eks-prezidentin ailəsinin mövqeyi ilə bağlı A.Əliyevlə müzakirə aparıb.
Qanunvericiliyin tələblərinə görə, mərhumun qəbrinin açılmasına ailəsinin mütləq razılıq verməsi lazımdır. Almurad Əliyev ötən həftəki dindirmədən sonra verdiyi açıqlamada müstəntiqlərin onu Elçibəyin ailə məsələləri ilə bağlı sorğu-sual etdiyini bildirmişdi.
Qeyd edək ki, Bakı şəhər prokurorluğu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsinin araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Əbülfəz Elçibəy 1992-1993-cü illərdə Azərbaycanın prezidenti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB