Aksiyanın qarşısı amansızlıqla alınacaq

Aksiyanın qarşısı amansızlıqla alınacaq

Sabah bir qrup müxalifətçi gəncin Fəvvarələr Meydanında keçirmək istədiyi etiraz aksiyası ilə bağlı DİN-nin mətbuat xidmətindən məlumat yayılıb. SİA-nın verdiyi məlumata görə, polis sabahkı aksiyaya xüsusi hazırlıq görüb. Belə ki, sözügedən aksiya ilə bağlı yüksək səviyyədə hazırlıqlar davam edir. Hətta aksiyanın xüsusi amansızlıqla qarşısının alınması da nəzərdə tutulub.

Aksiyada saxlanılacaq şəxslər barəsində də ciddi ölçü götürüləcəyi də bildirilir.

Qeyd edək ki, bir qrup müxaliftəçi gənc aksiya üçün BŞİH-ə müraciət ünvanlasa da, meriyanın onlara təklif etdiyi "20-ci sahə" ilə razılaşmayaraq "Fəvvarələr meydanı"ı seçiblər.

Aksiya sabah saat 15.00-da Fəvvarələr Meydanında olcaq.

Bütün xəbərlər Facebook səhifəmizdə