Prezident seçkilərinə xərclənəcək vəsait açıqlandı!

Prezident seçkilərinə xərclənəcək vəsait açıqlandı!

Azərbaycanda təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün 2013-cü ilin dövlət büdcəsində ayrıca bənd nəzərdə tutulub. SİA-nın xəbərinə görə, bu məqsədlə gələn ilin dövlət büdcəsindən 125 milyon manat vəsait ayrılacaq. Bununla yanaşı, gələn ilin dövlət büdcəsində fövqəladə halların aradan qaldırılması üçün 15 milyon 360 min manat vəsait nəzərdə tutulub. Bu da 2012-ci ilin göstəricisi ilə müqayisədə 2% çoxdur.

Bundan əlavə, 2013-cü il dövlət büdcəsi layihəsindən prezident seçkilərinin keçirilməsi üçün nə qədər vəsaitin ayrılacağı da məlum olub. Belə ki, bu məqsədlə təxminən 42,5 milyon manat (42 450 176 manat) vəsait ayrılması nəzərdə tutulur. Bu xərclər müxtəlif istiqamətlər üzrə ayrılacaq. O cümlədən, əməyin ödənişi üçün 10 339 450 manat, əmək haqqı üzrə 10 339 450 manat, maşın və avadanlıqlar üçün 1 631 300 manat, digər seçki tədbirləri üçün 9 656 239 manat, həmçinin digər xərclər üçün vəsait ayrılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə