"Azərbaycan dilinin işlənməsi, onun bugünki vəziyyəti ilə bağlı məsələlər Milli Məclisdə davamlı olaraq qaldırılıb. Parlamentin Mədəniyyət Komitəsində tez-tez bu məsələ ilə bağlı problemlər müzakirə edilib". Bu barədə SİA-ya açıqlamasında məlumat verən Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva deyib ki, millət vəkilləri tez-tez bu sahədə çatışmazlıqları, görmək istədiklərini və dilin bugünki problemlərini gündəmə gətiriblər. Onun sözlərinə görə, bu ilin iyun ayında prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı verdiyi tarixi sərəncamda da qloballaşma şəraitində Azərbaycan dilinin qorunması xüsusi vurğulanıb.
"Bu çox əhəmiyyətli məsələdir. Çünki, Azərbaycan dünyaya qapılarını açıb. Buraya 100-lərlə, 1000-lərlə mədəniyyət təmsilçiləri gəlirlər. Bunun nəticəsində də ilk dəyişikliyə məruz qalan dil olur. Bu gün danışdığımız kimi onun qorunması, gələcək nəsillərə ötürülməsi kimliyindən asılı olmayaraq, hər bir azərbaycanlının borcu olmalıdır. Prezidentə təşəkkür edirəm ki, məhz bu sərəncamdan sonra qarşımızdakı buz dağı əridi və Dil komissiyası, Terminologiya Komissiyası, AMEA-nın Dilçilik İnsititutu və digər təşkilatlar silkələndilər və yenidən işlərini qurmağa başladılar. Bu sahədə əhəmiyyətli addımlar atılmaqdadır. Arzumuz odur ki, dilimiz 500 il bundan əvvəl işlədildiyi kimi, bundan sonra da gələcək nəsillərə ötürülsün. C.Məmmədquluzadənin "Anamın kitabı" əsəri yada düşsün. Bu gün ana dilində danışmaqdan ehtiyat edənlərimiz anlasınlar ki, anamızın kitabı kitabların ən müqəddəsidir", - deyə J.Əliyeva əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB