Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Türkiyənin İstanbul şəhərində TURKPA-nın (Türk Dilli Ölkələrin Parlamentlər Assambleyası) təşkilatçılığı, TBMM (Türkiyə Böyük Millət Məclisi) və TİKA-nın (Türk İşbirliği Və Kordinasiya Agentliyi Başkanlığı) dəstəyi ilə "Dövlətlərarası Əməkdaşlığın İnkişaf Prosesində Gənc Liderlərin Rolu" adlı forumda iştirak edib.
Qurumdan SİA-ya verilən məlumata görə, forum zamanı gənc liderlərin günümüzdə rolu, demokratikləşmədə gənclərin fəallığı haqqında fikir mübadiləsi aparılıb. Tədbirdə həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov, Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Fuad Muradov, Ceyhun Osmanlı, Qənirə Paşayeva, Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Efendiyev, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov, "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiev iştirak edib.
Qeyd edək ki, tədbir təşkilatçılar tərəfindən təşkil olunan ziyafətlə davam edib. Ziyafət zamanı tədbirdə iştirak edən gənclər təşkilatları, ictimai və dövlət xadimlərinə ARGTMŞ, onun fəaliyyəti haqqında məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB