Jurnalistlər arasında müsabiqə elan edilib

Jurnalistlər arasında müsabiqə elan edilib

Bakıda sözügedən müsabiqənin elan olunmasına həsr olunan mətbuat konfransı keçirilib

Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və Paşa Bankın maliyyə dəstəyi ilə "Kapital bazarlarının formalaşdırılmasında trendlər, çağırışlar və imkanlar" mövzusunda jurnalist müsabiqəsi elan olunub. SİA-nın xəbərinə görə, bu gün Bakıda sözügedən müsabiqənin elan olunmasına həsr olunan mətbuat konfransı keçirilib.

Çıxış edən QKDK-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Çingiz Hüseynov bildirib ki, dekabrın 18-dək davam edəcək müsabiqədə birinci yer üçün 700 manat, 2-ci yer üçün 500 manat, 3-cü yer üçün isə 300 manat pul mükafatı və digər qiymətli hədiyyələr veriləcək.

Onun sözlərinə görə, bu il ilk dəfə müsabiqədən kənar 1 nəfər ən yaxşı material hazırlayan jurnalist üçün də mükafat nəzərdə tutulub: "İndiyədək bu kimi 5 müsabiqə həyata keçirilib. Bu cür müsabiqələri gələcəkdə də davam etdirəcəyik".

Həsən Həsənov

Bütün xəbərlər Facebook səhifəmizdə