Bu gün Bakıda MDB dövlətlərinin Gənclərlə İş üzrə Şurasının növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan kimi ölkələrin gənclərlə iş sektorunun vəzifəli şəxsləri və səfirliklərin nümayəndələri iştirak ediblər.
Tədbiri görüş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, son illərdə Azərbaycan dəfələrlə beynəlxalq və qlobal forumlara, idman yarışlarına ev sahibliyi edib. Onların arasında humanitar əməkdaşlıq və mədəniyyətlərarası dialoq forumu xüsusi yer tutur. O bildirib ki, bu gün dünyada mədəni əməkdaşlıq mühüm stabilləşdirici rol oynayır. Nazir qeyd edib ki, humanitar əməkdaşlıq ölkələr arasında münasibətlərə, insani dəyərlərə müsbət təsir edir və iqtisadi tərəqqi üçün imkanlar yaradır.
"Gənclərlə əməkdaşlıq mədəni əməkdaşlığın mühüm hissəsidir. Bu gün də nazirlik olaraq biz gənclər üçün məsuliyyət daşıyırıq", - deyə o əlavə edib.
Tədbir çərçivəsində MDB ölkələri arasında gənclər siyasəti çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB