Şimal-qərb bölgəsində zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Balakən rayonuna lazımi texnika və inşaat materialları gətirilib. Gün ərzində gətirilən zəruri avadanlıq ziyan dəyən kəndlərə paylanılıb. Zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlərin bəziləri bu günədək müvəqqəti sığınacaq üçün çadır almaqda çətinlik çəkdiklərini deyir.
Rayon Fövqəladə Hallar Komissiyasından isə bildirilib ki, FHN-nin işçi qrupundan ibarət komissiya evlərə baxış keçirir. Qəzalı vəziyyətdə olan evlərə komissiyanın müvafiq rəyi əsasında çadırlar paylanılır.
Bu günədək daxil olan müraciətlər əsasında 1500-ə yaxın evə baxış keçirilib. Artıq 400-ə yaxın evin qəzalı vəziyyətdə olması müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB