Tərəzi bürcü altında doğulanların mülayim, hər işi görməzdən əvvəl ölçüb-biçən, münasibətlərində sabit, dostluğa sadiq, bir sözlə hamı üçün məqbul xasiyyətə malik olmaları haqda məlumatım yetərincədir. Ona görə də dostumun, həmkarımın – "Yaşıl çay" fermer təsərrüfatının rəhbəri, eyni adlı jurnalın təsisçisi və baş redaktoru Araz Yağubovun da Tərəzi bürcündən olduğunu biləndə bir az rahatlandım. Düzdür, ilk tanışlığımdaca onunla dostluğun heç də ötəri olmayacağını hiss etmişdim. Amma xarakterin bürclərə mütənasib olduğunu bildiyimdən və Arazın da Tərəzi bürcündən olmağı münasibətlərimizdə bir doğmalıq yaratdı.
… Bu gün ona zəng vurmağım lap yerinə düşdü. Ordan-burdan söhbət etdik. Dedi ki, sabah mənim ad günümdür. Çox sevindim. Dostuma ürək sözlərimi, arzularımı çatdırmaq üçün fikrimi topladım: "Əziz dostum, səni ad günün münasibəti ilə təbrik edir, sənə uzun ömür can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayıram. Ürəyində tutduğun, qələmə aldığın, kompüterin yaddaşına köçürdüyün bütün niyyətlərin, istəklərin, planların, proqnozların həyata keçsin.
Tanrı sənə yar olsun!!!
Yağubov Araz Mirzəkişi oğlu 1973-cü il oktyabrın 19- da Lənkəran rayonun İstisu (keçmiş Kirov) qəsəbəsində anadan olub. Uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2005-ci ildə Vətənə qayıdıb "Yaşıl çay" kəndli fermer təsərrüfatını yaradıb. Lənkəranda nəşr olunan "Yaşıl çay" jurnalının təsisçisi və baş redaktorudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB