"Müstəqillik hər xalqa qismət olmur. Belə bir şəraitdə müstəqil olan bir dövlətin xalqı hər zaman xoşbəxtdir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. O bildirib ki, müstəqilliyi qazanmaq bəzi vaxtlarda çox asan olur, ancaq onu saxlamaq həddən artıq çətindir. C.Nuriyevin sözlərinə görə, SSRİ-nin dağılmasından sonra yaranan vəziyyət, dünyada gedən proseslər birmənalı şəkildə Azərbaycanın ikinci dəfə ötən əsrin axırında müstəqil şəkildə olmasına şərait yaratdı. O qeyd edib ki, Azərbaycanda başlayan xalq hərəkatı da bir növ buna təkan verdi.
"Amma bu müstəqilliyin qorunmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Çünki, qısa bir müddət ərzində 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayına qədər Azərbaycanda iki dəfə dövlət çevrilişi baş verib. 2 prezident, 5 baş nazir, 5 spiker dəyişdi. Hökümət dəfələrlə buraxıldı. Bütün bunların fonunda hətta Heydər Əliyev hakimiyyətə gələndən sonrada iki dəfə dövlət çevrilişinə cəhd oldu. Amma bununla hər şey qurtardı. Azərbaycan bu gün müstəqil olmaqla, müsəlman dövlətləri içərisində hazırda dünyada Qazaxıstanla bərabər tanınan bir dövlətdir. Baxmayaraq ki, Qazaxıstan Azərbaycandan dəfələrlə böyükdür. Bu Azərbaycan üçün böyük bir şərəfdir. İkincisi, Azərbaycan dünyanın əsas beynəlxalq təşkilatlarında təmsil olunur. Üçüncüsü, Azərbaycan iqtisadi cəhətdən nəinki Qafqazın artıq MDB-in lider dövlətlərindən birinə çevrilib, hətta dünyada söz sahibinə malikdir", - deyə C.Nuriyev vurğulayıb.
Politoloq bildirib ki, bütün bunlarla yanaşı Azərbaycan həm müstəqilliyini qorumaq üçün işğal olunmuş ərazilərini bərpa etmək üçün mübarizə aparır. Onun firkincə, digər respublikalarla müqayisədə Azərbaycan üçün müstəqilliyi əldə etmək və qorumaq bir o qədər çətin olmuşdu. Ancaq bu müstəqilliyin qazanılmasında və ona səs vermədə azacıqda olsa mənim payım olduğuna görə, özümü çox xoşbəxt hesab edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB