"Azərbaycanda bəzi televiziya kanalları problemli ailələr üzərində verilişlər hazırlamağı əllərində bayraq ediblər. Problemli ailələr üzərində tok-şouların qurulmasını ən yaralı yerimizdir". SİA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
Şura sədri qeyd edib ki, telekanallar süni şəkildə bu məsələ ilə bağlı gərginlik yaradırlar:"Bəzən verilişlər çəkilərkən hər iki tərəfin bir-biri ilə dava səhnələrini görürük. Telekanallar elə hesab edir ki, bu normaldır. Belə hallar olmamalıdır. Telekanallar məhkəmə orqanları deyil. Əgər onlar jurnalist araşdırması aparırsa, heç də dava səhnələri olmamlıdır. Lakin onlar münaqişə olan tərəfləri ən ağır formada göstərirlər, bəzən söyüşlər söyürlər. Bu da qəbul olunan hal deyil. Biz bununla bağlı telekanal rəhbərlərinə öz tövsiyələrimizi vermişik".
Şura sədri qeyd edib ki, belə verilişlərin olması arzuolunan deyil: "Qanunvericilik bizə imkan versəydi, bu dəqiqə həmin halları aradan qaldırardıq. Hazırda bununla bağlı işlər görülür".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB