Aparıcıların nitqində ciddi nöqsanlar var

Aparıcıların nitqində ciddi nöqsanlar var

Milli Televiziya və Radio Şurası televiziya proqramlarında apardığı monitorinqlər zamanı aparıcıların nitqindəki ciddi nöqsanlarını müəyyənləşdirib. MTRŞ sədri Nuşirəvan Məhərrəmli şuranın bu gün keçirilən iclasında bildirib ki, aparıcıların danışıqlarında Azərbaycan əbədi dilinin qorunmasında ciddi problemlər var.

"Bizi narahat edən aparıcıların Azərbaycan ədəbi dilində danışa bilməməsi, xalqın danışdığı dildə danışmalarıdır. Bəzən aparıcılar bir cümlədə xeyli sayda əcnəbi sözlərdən istifadə edir", - deyə şura sədri qeyd edib.

Monitorinqlər "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi məqsədilə ANS, Xəzər, ATV, Lider və Space kanallarında aparılıb.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə