"Azərbaycanda yeni radio kanalının açılması üçün müsabiqə elan ediləcək".
SİA-nın xəbərinə görə, Milli Televiziya və Radio Şurasının bu gün keçirilən iclasında "Televiziya və radio yayımı haqqında" qanunun 15-ci maddəsinə uyğun olaraq, yeni regional yayım proqramının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə oktyabrın 22-dən 1 ay müddətində müsabiqə elan ediləcək.
Müsabiqə üçün tələb olunan sənədlər Milli Televiziya və Radio Şurasının inzibati binasında qəbul ediləcək.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB